10 May, 2017

ULU ÖNDƏR H.ƏLİYEVİN ANADAN OLMASININ 94 – CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ “BREYN – RİNG” İNTELLEKTUAL OYUNU

Ulu öndər H.Əliyevin anadan olmasının 94 – cü ildönümü münasibətilə Respublikamızın müxtəlif elm, təhsil müəssisələrində müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərin biri 10.05.2017 – ci il tarixində məktəbimizdə coğrafiya müəllimi G.Şəhla və G.Rəhimovanın təşkilatçılığı ilə baş tutdu. VII – VIII siniflər (rus bölməsi) arasında “Breyn – ring” intellektual oyunu Əhmədova Nəzrinin H.Əliyev haqqında məlumatlardan ibarət slaydlarla başladı. Bilik yarışında dörd komanda: “Erudit”, “Kompas”, “Znatoki”, “Lider” iştirak edirdi. Videoçarxlar vasitəsilə komandalara verilən suallara şagirdlər xüsusi fəallıqla cavablar verirdilər. Tarix, ədəbiyyat, coğrafiya, biologiya fənlərini əhatə edən suallara məzmunlu və aydın cavablar diqqəti cəlb edirdi. Dünyanın müxtəlif coğrafiyalarını əhatə edən bioloji müxtəlifliyi, tarixi və ədəbi şəxsiyyətləri əks etdirən suallar yüksək peşəkarlıqla tərtib olunmuşdu. “Aytacı” rəqsini ifa edən H.Aytac, X.Zəhrənın çıxışları iştirakçılarda xoş ovqat yaratdı. İntellektual oyunun sonunda direktor A.Əzizova fəallığı ilə seçilən şagirdləri mükafatlandırdı. Belə oyunların təşkilinin şagirdlərin yeni, eksklopedik biliklər əldə etməsi yolunda məqsədəuyğun vasitə kimi əvəzsiz rol oynadığı vurğulandı.

10 May, 2017

news