10 May, 2017

MƏKTƏBLƏRARASI FUTBOL YARIŞI

Nizami rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 06.05.2017-ci il tarixində NZS stadionunda Ulu öndərimiz H. Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə məktəblərarası futbol yarışı keçirilmişdir. İdman tədbirində Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdi. Məktəbimizin direktoru Aygün xanımla bərabər müəllim və şagirdlər də komandamıza azarkeşlik etmək üçün yarış keçirilən stadionda idilər. Yarışda məktəbimizi V-VI sinif şagirdləri təmsil edirdi. Komandamızın rəqibi 220 nömrəli məktəb idi. İkinci yeri tutan komandamız medal, diplom və kubokla mükafatlandırıldı. Şagirdlərimizi yarışa məktəbin baş idman müəllimi, komanda rəhbəri Elvir Həşimov və idman müəllimi Abdullayev İsa hazırlamışlar. Gənc futbolçularımızı qazandıqları uğur münasibətilə təbrik edir, onlara yeni uğurlar arzulayırıq.

10 May, 2017

event